DYP təkzib etdi: Danışmağa görə cərimə yoxdur - VİDEO

2017-10-24 19:22:10 / 5760 dəfə oxunub

"Son vaxtlar bəzi mətbuat orqanlarında guya sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yalnış informasiya yayılıb”.

Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu barədə heç bir qanun qəbul edilməyib:

"Nə belə bir qanun qəbul olunub, nə də sürücülərin sükan arxasında danışmasını qadağan edən müddəa var. Əlbətdə hər kəs sükan arxasında sərbəstdir və sürücü sərnişinlə söhbət edə bilər. Bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı bu günə qədər heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib. Bundan sonra da cəlb edilməyəcək. İstənilən halda sürücünün diqqəti yolda olmalıdır”.(azvision.az)

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!