Qaxda 2017-ci ilin doqquz ayının yekunları ilə bağlı hesabat iclası keçirilib

2017-10-17 18:54:08 / 5961 dəfə oxunub
Oktyabrın 17-də Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

RİH başçısı Musa Şəkiliyev ilin doqquz ayı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Hesabatda rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev, Kənd Təsərrüfatı idarəsinin müdiri Məmməd Fətəliyev və Yol idarəsinin müdiri Əhməd Mirzəbəyov çıxış etmişlər

Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı ölkə rəhbərinin proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!