Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

2017-10-18 19:55:46 / 6495 dəfə oxunub

Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Rayon İcra Hakimiyyətində "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, ötən 26 il Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrüdür. Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız keçid dövrünün ağır sınaqlarından şərəflə çıxmış, yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başlamış, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılmışdır. Bu gün Azərbaycanda tarix və müasirlik yanaşı addımlayır. 

Azərbaycanın dövlət müstəqilliyi yolunda Heydər Əliyev ənənələri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün regionun ən qüdrətli dövləti, inkişaf sürətinə görə isə dünyanın qabaqcıl ölkələrindəndir.

Çıxış edənlər XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışmışlar.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!