Gəncədə partlayış olan binadan 36 mənzilin sakinləri köçürüldü

2018-11-21 15:25:26 / 5590 dəfə oxunub

Noyabrın 20-si Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışdazərər görən mənzillərin sahibləri yataqxanaya köçürülüb.

Bu barədəModern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov məlumat verib.

H.Məmmədov deyib ki, köçürülənlər hadisə baş verən binadakı 36 mənzilin sakinləridir:

"Onlar dünəndən etibarən müvəqqəti olaraq internat tipli gimnaziyanın yataqxanasına yerləşdiriliblər. İcra başçısının da bildirdiyi kimi, bir neçə gün sonra onların kirayəyə çıxarılması məsləsinə baxılacaq”.

Qeyd edək ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb.

1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğluGəncə Hərbi Hospitalına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!