Tutuquşu yanğınsöndürənləri hərəkətə gətirdi - Video

2018-11-21 06:47:26 / 5692 dəfə oxunub

İngiltərənin Northemptonşir şəhərində yaşayan 63 yaşlı Stiv Dokerti maraqlı olayla qarşılaşıb.

Sabahinfo.az xəbər verir ki, Dokerti evinə yanğınsöndürənlərin gəldiyini görəndə olduqca təəccüblənib. Çünki onun evində hər hansı yanğın qeydə alınmasa da, həyəcan siqnalı işə düşüb.

Sonradan məlum olub ki, evində saxladığı tutuquşunun yanğın siqnalı səsini imitasiya etməsi yanğınsöndürənləri hərəkət gətirib.

Dokerti açıqlamasında uzun müddət evində saxladığı boz Afrika tutuquşusunun bu "istedad”ından xəbərsiz olduğunu bildirib.(axar.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!