Bakcell eşitmə qüsurlu insanlar arasında futzal turnirinə dəstək göstərib

2018-11-27 15:37:40 / 11764 dəfə oxunub
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu insanlar arasında futzal üzrə "Payız turniri”nə ənənəvi dəstəyini göstərib.

Sabahinfo.az xəbər verir ki, 22-24 noyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişnövbəti "Payızturniri”ndəeşitməqüsurlu əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda ("Şimşək”, "Zirvə”, "Ümid”, "Azəri”, "Bakı”) öz gücünü sınayıb.

Turnirin nəticəsində birinci yerə "Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq "Azəri” və "Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov (("Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov ("Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim ("Şimşək”) olub.

Bakcell şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. "Payız turniri”nin əsas məqsədi eşitməqüsurlu uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir.

Bakcell özünün genişmiqyaslı "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!