Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan şayiələrə sərt reaksiya - FOTO

2018-11-28 11:53:07 / 1647 dəfə oxunub

Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən "whatsapp” vasitəsilə əhalinin istifadə etdiyi dərman preparatı haqqında yayılan şayiəyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkə vasitəsilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycanda İsrail istehsalı olan "Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan parasetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma - "Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol - Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetamol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).

Qeyd olunur ki, son günlərdə sosial şəbəkə vasitəsilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir neçə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və s. yayılır.

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!