Fəxrəddin Manafov Rus Dram Teatrından niyə ayrılır? - AÇIQLAMA

2018-12-04 12:36:41 / 3134 dəfə oxunub

"Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında - ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik”.

Sabahinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Rus Dram Teatrının mətbuat katibi İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.


Teatrın rəsmisi Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib:


"Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun”.


Dəfələrlə xalq artisti Fəxrəddin Manafovla məsələni dəqiqləşdirmək üçün əlaqə saxlamağa çalışsaq da, aktyordan telefon zənglərinə cavab ala bilmədik.


Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə xəbərlər yayılıb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!