Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb

2018-12-10 15:08:49 / 1777 dəfə oxunub

Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib.

Bu barədəModern.az-a danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, yaşa görə pensia alanların ümumi sayı 1990-2000-ci illərdə 19%, 2000-2010-cu illərdə 16% artmışdısa, 2010-2018-ci ilərdə 9.3% azalıb:

"Əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8%, 2000-ci ildə 9.2%, 2010-cu ildə 9.5% olmuşdusa, 2018-ci ildə 7.9%-ə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidi”.

Ekspert qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20%-i dövlətdən yaşa görə pensiya alır:

"Göründüyü kimi bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcdə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6%-dir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir.
Bizim üçün əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması səbəbindən1 nəfər pensiyaçının hesabına, ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir. İnkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir. Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarınin real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir”.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!