Təranə Səmədovaya bəraət verilmədi

2019-01-09 11:18:56 / 3290 dəfə oxunub
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sabahinfo.az-ın xəbərinə görə, vəkil Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, iclasda qərar açıqlanıb və T. Səmədovaya bəraət verilməsi üçün verilən şikayət məhkəmə tərəfindən təmin edilməyib.

Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Vəkil qərar verilməzdən əvvəl T. Səmədovanın məhkəmədə son söz söylədiyini vurğulayıb. Onun sözlərinə görə, T. Səmədova günahsız olduğunu, ona şər atıldığını qeyd edib.

Qeyd edək ki, T. Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!