“Günahın bir ucu…” - Kaman ifaçısı şikayətləndi

2019-01-09 15:47:43 / 3313 dəfə oxunub
Tanınmış kamança ifaçısı Təbriz Yusubov ona qarşı olan diqqətsizlik barədə facebook səhifəsində məlumat yayıb. 

Təbriz Yusubov xarici səfərlərə onu göndərmədiklərini, yalnız 2-3 tar-kamança ifaçılarını göndərdiklərini qeyd edib. Sabah.info məlumatı olduğu kimi çatdırır: "Ölkənin birinci xanımı Mehriban Əliyevaya aşağıda qeyd etdiyim məsələ ilə bağlı rəsmi müraciət edəcəm. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın sərvəti olan muğam sənətini yenidən dirçəltdi. Biz sənətə ilk addımlarımızı atanda ancaq yaşlı sənətkarları tanımışıq. O vaxt gənclər önə çıxa bilmirdi. Lakin indi meydanda yaşlı sənətkarlarla yanaşı gənc ifaçılar da fəaliyyət göstərir. Etiraf edək ki, günü-gündən gənclər yetişir, inkişaf edir. Bu şəraiti bizə Mehriban xanım yaradıb. Amma indiki vəziyyətdə mən və mənim kimi digər instrumental ifaçılar onlara qarşı olan diqqətsizliyə görə həvəsdən düşürlər. Xarici səfərlərə bir-iki musiqiçidən başqa heç kimi göndərmirlər. Xanəndələrə diqqət və qayğı var. Onları xarici səfərlərə göndərirlər. Bəs yerdə qalan istedadlı instrumental (tar-kamança) ifaçılarını niyə göndərmirlər xarici səfərlərə? Səbəb nədir? Bizi bəyənmirsiniz? Bu bəyənmədiyiniz tar-kamança ifaçıları Mehriban Əliyevanın dəstək verdiyi muğam sənətini gələcəyə aparan şəxslərdir. Günahın bir ucunu Mədəniyyət Nazirliyində xidmət göstərən bəzi əməkdaşlarda görürəm”.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!