Enerji içkiləri ilə bağlı xəbərdarlıq - VİDEO

2019-01-10 10:19:49 / 1906 dəfə oxunub

Dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən enerji içkiləri, əslində insanın təbii enerjisini alır. Sabahinfo.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib.

Qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Aysel Cəlilova bildirir ki, gün ərzində normadan artıq enerji içkisi qəbul etmək olmaz. Bu, orqanizmdə kofein miqdarını artırması səbəbindən olduqca təhlükəlidir.

Aysel Cəlilova deyir ki, enerji içkilərinin tərkibinə əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bununla belə, 18 yaşına çatmamış yeniyetmələr, hamilə qadınlar, süd verən analar, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər belə içkilərdən uzaq durmalıdırlar. Digər tərəfdən istehlakçıların enerji içkiləri alarkən bəzi məqamlara diqqət yetirməsi də vacib şərtlərdəndir.

Qeyd edək ki, artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!