Seriallarda azərbaycanlı kişilər niyə aşağılanır? - Xalq artisti: “Arvad donuna girən...”

2019-01-10 10:38:17 / 3275 dəfə oxunub

Son zamanlar sosial şəbəkələrdə və cəmiyyətdə ən çox rast gəldiyimiz sərt tənqidlər həm də müasir seriallarla bağlıdır. Əksəriyyət hazırda telekanallarımızda yayımlanan yerli serialları bəyənmir, bu ekran işlərinin televiziya üçün sanballı olmadığını düşünür. Xüsusilə, teleseriallarda obrazların, əsasən də, kişi obrazlarının daha yüngül xarakterli, bəsit və şit davranışlı olması barədə fikirlər eşidirik.

Maraqlıdır, həqiqətən də, müasir seriallarda kişi obrazı aşağılanırmı? Belədirsə, səbəbi nədir?

Bu barədəModern.az-a fikirlərini bölüşən Azərbaycanın xalq artisti, rejissor-aktyor ƏbdülMahmudov bildirib ki, belə tendensiyanın yaranmasının iki səbəbi var:


"Birinci səbəb bu ola bilər ki, müəlliflərin aktyorlara təqdim etdiyi ssenarinin quruluşu aşağı səviyyəlidir. Senarinin mətnindən asılı olaraq, aktyorlar rolu ifa edirlər. Əgər belədirsə, aktyorların heç bir günahı yoxdur.

İkinci səbəb isə bu seriallarla məşğul olan müəlliflərin ictimai fikrində problem olmasıdır. Ola bilməz ki, tendensiya şəklində bu durum inkişaf etsin. Eyni vaxtda, müəlliflərin yazdığı ssenarilərdə rollar, onların xarakteri eyni cürdürsə, deməli problem var”.

Əbdül Mahmudovun fikrincə, hansısa müəllif düşünürsə ki, cəmiyyət yüngül xarakterli, şit davranışları ilə seçilən kişi obrazını daha çox izləyir, özünün problemi var:

"Tamaşaçının dırnaqarası serialları və yüngül obrazları daha çox sevdiyini iddia edən şəxslər xalqı təhqir etmiş sayılır. Belə düşünən şəxslərin nəinki kino, mədəniyyət sahəsində çalışmağa, bu cəmiyyətdə yaşamağa belə haqqı yoxdur. Xalq qeyrətli kişilərə, yaxşı obrazlara həmişə baxır və sevir, qadın, arvad donuna girən kişiləri deyil”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!