Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər

2019-01-10 10:49:29 / 6052 dəfə oxunub

Dünyanın ən varlı adamı olan "Amazon" şirkətinin prezidenti Cef Bezos həyat yoldaşı Makkenzi Bezosdan boşanır.

Bloomberg-in məlumatına görə, 137 milyard dollarlıq sərvətə malik olan Bezos sərvətinin tam yarısını – 69 milyard dolları boşanacağı həyat yoldaşına verə bilər. Bu, Makkenzi Bezosa avtomatik olaraq dünyanın ən varlı qadını statusunu qazandıra, "Amazon"un sahibinə isə zənginlərin reytinqində 6 pillə geriləməyə yol aça bilər.

Eksperlər Bezosların nikaha girən zaman əmlakla bağlı müqavilə imzalamadıqları təqdirdə sərvətin tən yarı bölünəcəyini bildirirlər. Cütlük 1993-cü ildən nikahda olub və 3 oğul övlad böyüdüblər. Onlar boşanmaları barədə rəsmi məlumatı yanvarın 9-da açıqlayıblar.

Xatırladaq ki, hazırda dünyanın ən varlı qadını 45,6 milyard dollar sərvətlə Fransuaza Betankur Mayersdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!