Gənc kikboksçu avtomobil qəzasında həlak olub

2019-01-11 10:39:29 / 2178 dəfə oxunub
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə məlumatı Modern.az-a federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib.

"Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi. Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!