Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları

2019-01-11 16:14:34 / 2041 dəfə oxunub
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.

İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.

Yalnız 2018-ci il ərzində 131 264 nəfər qan müayinəsinə cəlb edilib.

Onlardan 4 161 nəfərində talassemiya daşıyıcılığı, 173 nəfərdə İİV, 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

2018-ci ildə talassemiya daşıyıcılığı aşkarlanan 55 cütlük prenatal müayinəyə cəlb edilib. Bu cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinə aparılıb. Nəticədə 16 dölün sağlam, 27-də talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam), 12-nin xəstə olduğu aşkarlanıb. Xəstə döllər həkim məsləhəti ilə abort edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!