2018-ci ildə Azərbaycana 2,8 milyon turist gəlib

2019-01-17 11:33:26 / 4242 dəfə oxunub

2018-ci il ərzində Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,8 milyona çatıb.


2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.

Ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1%, 2% və 2% olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1%, İran isə ən böyük azalma ilə 5% itirib.

Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!