Uşaqların övladlığa götürülməsi ilə bağlı yeniliklər tətbiq olunacaq

2019-01-25 12:24:21 / 2638 dəfə oxunub
"Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq".

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb: "Fərmana əsasən övladlığa götürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bura övladlığa götürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların, övladlığa götürülən uşaqların və övladığa uşaq götürmək istəyən şəxslərin uçotu da daxildir".

O əlavə edib ki, bu işlə bağlı artıq ötən müddət ərzində nazirlikdə yaradılmış xüsusi bir işçi qrup fəaliyyət göstərir: "Bu qrupun tərkibinə müxtəlif sahələrdən olan ekspertlər daxildir. Bu dövr ərzində həmin işçi qrup övladlığa götürmə ilə bağlı idarə sistemində iştirak edən dövlət qurumları, sırf yerlərdə işləyən dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirib. Bu prosesdə iştirak edən psixoloqlar, hüquqşünaslar, vəkillər ilə görüşlər keçirilib və onların fikirləri alınıb. Həmçinin mötəbər beynəlxalq məsləhətçi şirkətlə də məsləhətləşmələr aparılıb. Məqsədimiz hər bir uşağa layiqli bir ailənin tapılmasıdır. Əsas məqsəd həmin uşağı öz ailəsinə qaytarmaqdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün artıq bir sıra təkliflər, layihələr hazırlanıb".

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!