Polis qəzadan sonra suya düşənləri xilas edib

2019-01-29 11:49:19 / 2669 dəfə oxunub
Polis suda batmaq təhlükəsilə üz-üzə olan şəxsləri xilas edib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvarın 26-da Göyçay rayonu Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, rayon sakini İlkin Əliyev idarə etdiyi "Zil” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn "Mercedes Ateko” markalı ağır tonajlı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes" yoldan çıxaraq Şirvan su kanalına düşüb,. Avtomobildə olan sürücü və sərnişinlərin həyatı risk altında qalıb, onlar suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal hadisə yerinə gələn Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Post Patrul Xidmətinin əməkdaşları onları xilas etmək üçün operativ tədbirlər görməyə başlayıblar. İlk öncə avtomobilin suda batmasının qarşısını almaq üçün xüsusi qoşqu vasitəsilə onu bərkidib, daha sonra təhlükəli də olsa su kanalına eniblər. Köməksiz vəziyyətdə qalan sürücü və sərnişinləri çətinliklə də olsa oradan çıxarmağa nail olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarına görə, dərhal təcili təxirəsalınmaz tibbi yardımla əlaqə saxlayaraq ilkin tibbi yardım göstərilməsinə ehtiyac olduğunu bildiriblər. Hal-hazırda onların vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!