İqtisadiyyat naziri: “22 minədək yeni iş yeri açılacaq”

2019-01-29 13:20:48 / 4067 dəfə oxunub
İxracın və qeyri-neft ixracının dəstəklənməsi məqsədilə investiyaların təşviqi məqsədilə bu günə qədər 192 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin icrası nəticəsində yerli istehsala 2.8 milyarddan artıq sərmayə yatırılır, 22 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2014-2018-ci illərdə qeyri-neft sektoru 8 faiz, qeyri- neft sənayesi 32 faiz artıb:


"Görülən işlər nəticəsində 2014-2018-ci illərdə 1,5 milyonu daimi olmaqla 2 milyondan artıq yeni iş yeri açılıb. 2014-2018-ci ildə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihələrinə 1 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Həmin vəsaitin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manatadək kredit veriləcək".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!