Daxili İşlər Nazirliyində həbs edilənlərin sayı 13 nəfərə çatdı

2019-01-30 14:20:23 / 1586 dəfə oxunub
Xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyinə görə həbs olunan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının sayı 13 nəfərə çatıb.

Sabahinfo.az xəbər verir ki, bu haqda xəbəri "Olaylar” Agentliyi yayıb. Agentlik qeyd edir ki, qanunsuz əməllərin üstü təsadüf nəticəsində açılıb. Bu haqda məlumat verən mənbənin məlumatına görə, Azərbaycanda yaşayan İran vətəndaşı nazirliyin pasport qeydiyyatı və miqrasiya idarəsinə qeydiyyat üçün çağrılıb. Həmin vətəndaş isə Azərbaycan vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edib. Həmin sənədin necə əldə edilməsilə bağlı aparılan araşdırma zamanı baş vermiş qanunsuz əməllərin üstü açılıb.

Xatırladaq ki, DİN Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunda belə bir faktın aşkarlandığını təsdiq edib. Bildirilib ki, sözgüedən qrupun incpektoru Şahin Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub. Faktla bağlı araşdırma müddətində materiallar toplanıb. Hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, ötən gün yayılan məlumatda 10 nəfərin həbs olunduğu bildirilirdi. Lakin DİN-in mətbuat xidmətinin əməkdaşı O.Mansurzadə,bu məlumatın şişirdilmiş və əsassız olduğunu, yalnız 1 nəfərin həbs edildiyini bildirmişdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!