“Kitab mağazaları bağlanıb, yerində ət satılır” - Aqil Abbas

2019-02-01 17:24:28 / 2972 dəfə oxunub
"Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, komputeri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan. Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir”.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, rayonlarda kitabxanaların sayı artırılmalıdır: "Kitab mağazaları da bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır? Vaxtilə Ağcəbədidə atamın hesabına kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoymuşam, bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki kitabxana da tikdirəydilər”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!