“Deaf Community” 2 yaşında

2019-02-04 17:22:16 / 1789 dəfə oxunub
Fevralın 2-də eşitmə və nitq məhdudiyyətli insanlar üçün fəaliyyət göstərən "Deaf Community” komandası Nizami Kino Mərkəzində 2 yaşını qeyd edib.

"Çünki gəncsən" adlanan tədbir ad günü ilə yanaşı eşitmə və nitq məhdudiyyətli gənclərin Gənclər gününə həsr olunub.

Komandanın qurucusu və rəhbəri Nuranə Abıyeva, baş surdotərcüməçi Arzu Babayeva, baş təlimçi Turan Məmmədli, dizayn və çəkiliş işlərini həyata keçirən Ülkər Qəhrəmanova, inzibati işlər üzrə məsul şəxsi Nazilə Ələkbərova çıxış edərək komandanın iki illik fəaliyyətindən söz açıblar.

Komandanın 2 illik fəaliyyətini əks etdirən video-çarx izləndikdən sonra tədbir Səmra Rəhimova, Elnarə Xəlilova, Ramil Nabranın ifaları ilə davam edib. Səsləndirilən mahnılar jest dilinə Nuranə Abıyeva tərəfindən tərcűmə olunub.

Tədbirdə iştirak edən tanınmış xeyriyyəçi Hacı Nuran, "Mənim Mələklərim" layihəsinin rəhbəri İlahə Abdullayeva, aktyor Taleh Yüzbəyov və Kikboksinq üzrə Azərbaycan çempionu Fuad Həşimi məhdudiyyətli gənclərin gűnünu təbrik edib, dəstəklərini nümayiş etdiriblər


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!