Azərbaycanda ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün sərgi keçirilir

2019-02-04 18:24:29 / 1629 dəfə oxunub

Ölkəmizdə ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün "Tarixə və ənənəyə toxunuş” adlı sərgi təşkil edilir.

Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, "Azərsun Holdinq” və Türkiyənin "GEA Arama Kurtarma” və "Ekoloji ve İnsani Yardim” təşkilatının təşəbbüsü ilə reallaşdırılan layihənin açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik missiyaların nümayəndələri və ictimai xadimlər də iştirak ediblər.

ASAN” Radio, "ASAN” Könüllülük Məktəbi və "British Council”ın dəstəyi ilə təşkil edilən tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, sağlamlıq imkanları məhdud olan insanların daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduqlarını qeyd etdi. Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova isə tədbirin əhəmmiyyətindən danışaraq Xalça Muzeyi tərəfindən görmə qabiliyyəti məhdud olan insanların toxunması üçün xüsusi xalça nümunələri hazırlanıb. "Azərsun Holdinq”in vitse-prezidenti Tahir Gözəl bu layihənin təşkil edilməsindən məmnunluğunu bildirərək onun reallşmasında rolu olan hər kəsə təşəkkür edib. O, görmə məhdudiyyətli insanların da "tarixə toxunaraq” ekspozisiyalar barədə məlumat ala biləcəklərini bildirdi.

Qeyd edək ki, Xalça Muzeyini ziyarət edəcək görmə qabiliyyətləri məhdud olan insanlar dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstlərinə toxunaraq onlar barədə məlumat ala biləcəklər. Sərgidə həmçinin xovlu və xovsuz xalçaların palaz, kilim, şəddə, zili kimi növləri görmək nümayiş etdirilir. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya bilir. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunub. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. Sərgi 1 mart tarixinədək davam edəcək.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!