7 uşaq atası Almaniyada özünü doğradı - Azərbaycana qayıtmaq istəmir

2019-02-05 15:10:03 / 3225 dəfə oxunub
Ötən gecə 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb.
BakuPost xəbər verir ki, bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən "Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə, həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıb. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb. Deportasiyadan xilas olmaq üçün özünə xəsarət yetirənlər də olub.

Məlumata görə, 7 övladı olan Səbuhi adlı mühacir Azərbaycana dönməmək üçün damarlarını doğrayıb. O, hazırda ağır vəziyyətdə Kassel şəhər xəstəxanasında müalicə olunur.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!