DİN Nazın tapılması üçün GÖSTƏRİŞ VERDİ

2019-02-08 18:07:19 / 1747 dəfə oxunub
Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.

Sabahinfo.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.

Bu gün sayta açıqlama verən Ehsan Zahidov məsələ ilə bağlı bunları bildiridi: "Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib".

"Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi" sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.

Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus "No panic" klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!