Mehriban Əliyeva onlara TƏŞƏKKÜR ETDİ

2019-02-12 13:59:16 / 2863 dəfə oxunub
Xəbər verdiyimiz kimi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzi, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi və 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşdükdən sonra həmin müəssisələrdə azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində yazılıb:

"Valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlardan qayğı və məhəbbətini əsirgəməyən həkimlərə, müəllimlərə, tibbi heyətə və hər kəsə dərin minnətdarlığımı bildirirəm. Səmimiyyət, şəfqət və sevgi onlara hava kimi lazımdır. Laqeyd yanaşmayan hər kəsə təşəkkür edirəm".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!