Halvanın az olduğuna əsəbiləşdi - Qəbirlərə hücum çəkdi

2019-04-01 18:02:35 / 9433 dəfə oxunub
Şəmkirdə 61 qəbirin güldanları dağıdılıb.

Bu barədə Yuxarı Keçili kənd bələdiyyəsindən məlumat verilib.

Məlumatda bu cür halın kənddə ilk dəfə yaşandığı bildirilib:

"Qəbirlərin üzərindəki güldanlar yerindən qoparılıb. Güldanlar tam sınmayıb, zərbə təsirindən qopub. Qəbiristanlığa gələn sakinlər hadisədən xəbər tutduqdan sonra polisə məlumat veriblər.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin ruhi xəstə olan 27 yaşlı kənd sakini Coşqun Sabir oğlu Nəcəfov olduğu müəyyənləşib. O, polislər tərəfindən şöbəyə aparılıb”, - deyə qeyd edilib.

Həmin şəxs hadisəni törətməsinə səbəb kimi martın 31-də kənddəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbiləşdiyini göstərib. (oxu.az)

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!