Politoloqdan Türkiyədəki seçki dəyərləndirməsi

2019-04-02 10:35:46 / 1668 dəfə oxunub

Türkiyədə 31 mart bələdiyyə seçkilərinin nəticələri ölkə üçün yeni imkanlar açır. Bu seçkilərin nəticələrinin yalnız siyasi partiyalar, siyasi liderlər üçün yaratdığı imkanlar və yaxud risklər prizmasından dəyərləndirməklə yanaşı, ümumiyyətlə ölkənin inkişafı, perspektivi üçün nə vəd etməsini təhlil etməkdə fayda var. Bununla bağlı aşağıdakı qənaətlərimi bölüşürəm: 

- Son illər dərinləşən siyasi qütbləşməyə, aparıcı siyasi qüvvələr arasındakı rəqabətin az qala düşmənçilik və ölüm-qalım savaşı xarakteri almasına baxmayaraq seçkilər ümumən,m demokratik və formalaşmış ənənələr müstəvisində baş tutdu. Bu Türkiyə üçün bir demokratiya testiydi, demokratik, insanlara azad seçmək imkanı verən instutların öz işləkliyini nə dərəcədə qoruyub saxlamasının dəyərləndirilməsiydi. Türkiyə cəmiyyəti və dövləti bu sınaqdan çox uğurla çıxdı. Başqa bir məqam isə aparıcı siyasi qüvvələrin ümumilikdə, demokratik, sivil rəqabət tələblərinə nə dərəcədə əməl edəcəyi, demoktaiki seçkilərin tələb etdiyi məhdudiyyətlərə, məsuliyyət və öhdəliklərə nə dərəcədə sadiq qalacağının sınağıydı. Bir sıra istisnalarla, aprıcı siyasi qüvvələr demokratik rəqabət prinsiplərə və bundan doğan öhdəliklərə sadiq qaldıqlarını nümayiş etdirdilər. Türkiyə sübut edti ki, son illərin bütün problemlərinə baxmayaraq işlək demokratik sistemə, demokratik institutlara, demokrtaiya və ənənələrə sadiq qalan siyasi elitaya malikdir. Bu bütün dünyaya çox açıq mesaj oldu və Türkiyənin demokratik inkişafı ilə bağlı yaranan tərəddüdləri alt-üst etdi. 
- Son illərin ən böyük uğuru kimi terrorçu təşkilatlara əlaqələri olan, yaxud sırf etnik kimlik üzərindən siyasi təşkilatlanma yolu seçən və seçkilərlə bunu legitimləşdirməyə çalışan qüvvələrə seçicilərin etimadsızlığı oldu. Bu məqam daha dərin analiz tələb edir və bələdiyyə seçkilərinin ən mühüm amili kimi qeyd olunmalıdır. Bu eyni zmanda Türkiyə cəmiyyətinin siyasi inkişafının, siyasi mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda Trükiyə dövlətinə və demokratiyasına etimadını göstərir və separatçılar üçün öldürücü zərbə kimi dəyərləndirilə bilər.
- ƏN MÜHÜM MƏQAM- Türkiyədə hər bir seçicini, dünyagörüşün təmsilçiliyinə imkan yaradacaq, onun maraqlarını ifadə edəcək siyasi elita formalaşır. Türkiyədə dünyagörüşə söykənən sabit siyasi təmərküzləşmə mərkəzləri yaranır. Sabit siyasi sistem konturları formalaşır. Bu plüralist demokratiyanın əsas şərti olan maraqların tarazlaşdırılmasına və konsensus/kompomiss prinsipinin əsas götürülməsini şərtləndirir. 
- Bu seçkilər hakim AKP, prezident R.T.Ərdoğan üçün ciddi mesaj oldu. Artıq geridə qalan 48% seçicinin iradəsi institusional olaraq əks olundu. Əvvəlki dövrlərdən fərqli olaraq bu açıq ifadə olunan və bələdiyyə seçkilərinin nəticələrində əks olunan mövqedir. AKP, Ərdoğan artıq yalnız 52% seçicinin iradəsini əsas götürə bilməz və "Hodru meydan” prinsipi ilə hərəkət edə bilməz. 21-ci əsrdə ictimai münasibətlərin olduqca mürəkkəb xarakteri bu yanaşmanı qeyri-effektiv edir. Eyni zamanda hər dəfə xalqı da fatalist seçim qarşısında qoymaq olmaz. Bu xalqın enerjisinin izafi xərclənməsidir. 
- Türkiyə bütün dünyaya Şərqdə, müsəlman coğrafiyasında rol-model ölkə olaraq qaldığını nümayiş etdirdi.

- CHP, İYİ Parti və digər müxaliflər də AKP və Ərdoğana cəmiyyətə hələ tələb olduğunu bir daha anladılar. Əslində bu seçkilərin son mesajı siyasi qüvvələrin plüralist demokratiy

a prinsiplərinə əməl edilməsinin vacibliyinin xatırladılması oldu.

Politoloq Zaur İbrahimli
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!