Tanınmış rejissor vəfat etdi
2019-04-02 12:18:36 / 3824 dəfə oxunub

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib.
Sabahinfo.az xəbər verir ki, onun dayanacaqda avtobus gözləyərkən qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb.
Rejissor xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Rövşən Almuradlı ürək xəstəliyindən əziyyət çəkirdi.