“Diqlas” sahibkarlarına kompensasiya verilməsinə başlanacaq - VAXT AÇIQLANDI

2019-04-04 15:07:51 / 3118 dəfə oxunub
"Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.

"Sahibkarlar ərizə ilə müraciət edib, "Kapital Bank” və ya "Azər-Türk Bank” kartları vasitəsilə bu xidmətdən yararlana biləcəklər. Banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər və heç bir komissiya tutulmayacaq", - deyə nazir bildirib.

Məbləğə gəldikdə isə nazir qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 mln. manat ayrılıb: "Maddi yardım ilkin olaraq mağaza sahibkarlarına 10 min manat həcmində, piştaxta sahiblərinə 2 min manat həcmində ödəniləcək. Sonradan ziyanın məbləği dəqiqləşəndən sonra tam ziyanın həcmi sahibkarlara ödəniləcək". (ONA)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!