Nazir müavini: "Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması..."

2019-04-05 13:51:23 / 2416 dəfə oxunub

Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldar olduğunu təsdiq edir.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O vurğulayıb ki, portalın və platformanın yaradılması Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və dəstəyin göstəricisidir:

"Bu da onu təsdiq edir ki, bu sahədə atılan addımlar nəticə verir. Hər il bu istiqamətdə işlər daha da genişlənəcək və güclənəcək”.

Nazir müavini bildirib ki, dayanıqlı iqtisadi inkişafın, rəqabətqabiliyyətli iqtisadiyyatın təmin olunması, ixrac potensialının gücləndirilməsi, məşğulluğun təmin olunması, sahibkarlığın inkişafı dövlət siyasətinin əsasıdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!