10 milyonuncu vətəndaşın doğuluşu cəbhə bölgəsində də qeyd edilib

2019-04-08 10:37:40 / 7903 dəfə oxunub

Azərbaycanın 10000000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda "Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirildi. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırdı.

Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Füzuli Dram teatırının aktyorlarının ifasında "Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.

Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.

Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!