Rüfət Axundova efir qadağası qoyuldu

2019-04-08 11:47:38 / 5808 dəfə oxunub
Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.

Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək.

MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.

Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.

MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib. (ONA)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!