162 nömrəli məktəbin direktorunun ŞOK SƏS YAZISI yayıldı: “Yazın ki, Elinanın ailəsi pozğun idi”

2019-04-08 12:43:21 / 2063 dəfə oxunub
162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında şok səs yazısı yayılıb.

Sabahinfo.az movqe.az-a istinadən xəbər verir ki, direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

Qeyd edək ki, 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva bir neçə gün əvvəl özünü məktəbin 4-cü mərtəbəsindən ataraq intihar edib. O, bir müddət komada qaldıqdan sonra ötən həftənin sonu keçinib.
Elinanın valideyni və yaxın rəqifəsi onun məktəbdə mütamadi zorakılığa məruz qaldığını, təhqir edildiyini, director və müəllimlərin də bu vəziyyəti bildiyi halda müdaxilə etmədiklərini iddia edir.

Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Məktəb direktoru istintaq çərçivəsində prokurorluqda ifadə verib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!