İsmayıllıda təmizlik aylığı keçiriləcək

2019-04-09 18:21:43 / 6283 dəfə oxunub
İsmayıllı rayonu ərazisində 10 aprel- 10 may tarixləində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, bu məqsədlə Mədəniyyət Mərkəzinin zalında ümumrayon müşavirəsi keçirilmişdir. Rayon icra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə təmizlik aylığının keçirilməsi ilə əlaqədar iştirakçılara geniş məlumat verib. RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları təmizlik aylığının tədbirlər planı ilə tanış edib.

Çıxışçılar Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ziya Cəbrayılov, şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Mehman Cəfərov, Kommunal Müəssisələr Kombinatının direktoru Vidadi Məmmədov təmizlik aylığında görüləcək işlərdən danışıb.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!