“Elina ilə danışan icra başçısının müavinidir” - YENİLƏNİB

2019-04-11 10:38:42 / 1979 dəfə oxunub
Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə özünü öldürən Elina Hacıyeva ilə bağlı paylaşım edib.

BakuPost xəbər verir ki, müğənni E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğu qeyd edib:

"Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuznuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiniz”.
* * *

Sabahinfo.az xəbər verir ki, Qafqazinfo məsələyə münasibət öyrənmək üçün Xalidə Bayramova ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda intihar hadisəsiylə bağlı istintaq gedir: "Bu səbəbdən geniş danışmaq istəmirəm".

İcra başçısının müavini bildirib ki, istintaqdan sonra lazım gələrsə, bu barədə danışacaq.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!