Bakıda iki qardaşın meyiti tapıldı - İYNƏ VURUBLAR

2019-04-12 10:23:35 / 2949 dəfə oxunub
Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Sabahinfo.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında qeydə alınıb. Ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər. Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb.

Xətai rayon Prokurorluğundan ONA-ya bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyasını dəyişiblər.

Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!