“FACEBOOK” GÜNDƏMİ

"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:
***
Səbinə Abdullayeva : Bizim dilimizdə Nəsimilər,
Nizamilər, Füzulilər dünyada tanınan böyük əsərlər yazıb. Şah İsmayıl Xətai bu dildə dövlət idarə edib. Bəziləri
isə hələ öyünərək kökü yeni və bəlli olmayan dilləri "forslanmaq"
üçün danışır . Nəyin savaşıdır? Öz dilinizə sahib çıxmadan başqa dillər üçün bu
qədər dil tökməyin)
***
***
Anar Turan: Fransada qədim Notr-Dam kilsəsi yanıb. Sənət
əsərinin, xüsusən də əsası qədim olan bir incəsənət-memarlıq nümunəsinin
yanması heç də xoş hal deyil. Hətta ola da bilər ki, o kilsədən tarix boyu
türk-müsəlman xalqlarına qarşı bəlkə də qərarlar verilib. Bəlkə də orta
əsrlərdə həmin kilsədə çalışan yepiskopların ittihamları ilə nə qədər alimlər
və ya digər peşə sahibləri cadugarlıqda ittiham olunaraq inkvizisiya
tonqallarında yanıdırılıb. Lakin yenə də tarixi əhəmiyyəti olan bir binanın
yanması xoş hal deyil. Amma burada günahkar bizim az qala hər cəhətdən özümüzə
nümunə göstərdiyimiz fransızlardır. Fransanı bilmirəm artıq Avropanın bir sıra
ölkələrində bəzi kilsələr satışa çıxarılıb. Təsəvvür edirsiniz? Mənəvi məbədgah
hesab edilən binalar satılır. Hətta bir sıra kilsələr digər obyektlərə
çevrilməsin deyə müsəlmanlar tərəfindən dərhal alınaraq məscidə çevrilib. Yəni
bu kilsəinin yanmasında, ona biganə qalınmasında məsuliyyətsizlik edən
fransızlar, lakin özümüzü sanki günahkar hesab edən bizlər. Elə bil biz yandırmışıq kilsəni !
***
***
***
Aynur Namazova: "Kilsəni boş
verin ey, Bərdə də "Araz" marketin müdiri niyə intihar edib?!"
***
Səməd Vəkilov: "İslamafobiyanın
dərin kök atdığı Fransanın paytaxtı Parisin əsas simvolu hesab edilən Notr-Dam
katolik kilsəsi yanır. Özündə dini və tarixi motivləri ehtiva edən bu kilsənin
yanması bu tarixi abidənin məhv olması üzcüdür. Baxmayaraq ki, fransızlar bizim
məscidlərimizə və tarixi abidələrimizə adekvat münasibət bəsləmirlər. Ən
qorxulusu bilirsiniz nədir? Bu yanğın hadisəsini müsəlmanların üstünə yıxalar".
***
***
Anar Bayramoğlu: "Günlərdi
Elina ilə bağlı yazılanları, statusları oxuyuram, izləyirəm. Donub qalmışam,
matım-qutum quruyub. Belə əclaf müəllimlər, vicdansız həkimlər dünən də var
idi, bu gün də var, sabah da olacaq. Qarğışla, "allah bəlasını
versin" deməklə nəsə həll edilmir. #elinaücünsusma yaraq
bu cəlladların ən sərt şəkildə cəzalandırılmasına nail olunmalıdır ki, Sevinc
Abbasova kimi qudurğan, harınlamış direktorlar, müəllimlər, həkimlər bundan
sonra məsuliyyətlərini dərk etsinlər, başqa elinalar ölməsin! Ətrafımızdakı
insanların faciələrini gözardı etmək olmaz. Çünki bu faciədən, qəddarlıqdan
kimsə sığortalanmayıb. .."
***
Niyaməddin Orduxanlı: "Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının hörmətli sədri Azay Quliyevin təşəbbüsü ilə yaradılan SƏLİS – Sürətli
Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemindən istifadə etdik. Çox mükkəməl
və asan xidmət yaradılıb. Təşəkkürlər, Azay müəllim!"