Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində

2019-04-18 12:07:52 / 3307 dəfə oxunub

2019-cu ilin 17 aprel tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlanıb.

Sabahinfo.az DSX-nın mətbuat mərkəzinə istinadən bildirir ki, səfər çərçivəsində "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, müqabil ərazidə baş vermiş texniki nasazlıq səbəbindən buraxılış rejimində yaranmış sıxlıq halları ilə əlaqədar görülməli olan tədbirlər haqqında müvafiq göstərişlər verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq "Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya və qaçaqmalçılıq məqsədlərilə dövlət sərhədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!