Bakının Baş planı nə vaxt hazır olacaq?

2019-04-19 09:10:25 / 5547 dəfə oxunub

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib.

O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək:

"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq".

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub.

Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur.



Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!