Yol Polisi “Təmiz hava” aylığına başladı

2019-04-19 11:00:43 / 5801 dəfə oxunub

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı keçirilir.

Nazirliyin mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətdə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olmalıdır.

Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkar olunur, sürücüləri inzibati məsuliyyətə cəlb edilir.

Tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, "Təmiz hava” aylığı ölkəmizin bütün bölgələrində də davam edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!