Evlənmə təklif etdiyi qadını zorladı - CƏZASI BİLİNDİ

2019-04-19 17:36:54 / 8281 dəfə oxunub
Xaçmazda zorlamada təqsirləndirilən Təvəkkül Zeynalovun məhkəməsi başa çatıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov təqsirləndirilən şəxsə 5 il 6 ay həbs cəzası istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən, T. Zeynalov 4 il 6 ay müdddətə azadlıqdan məhrum edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəhmanlı kənd sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə axtarışda olan Təvəkkül Zeynalov saxlanılıb.

Məlum olub ki, T. Zeynalov spirtli içkinin təsirində kənddə yaşayan, ərindən boşanmış N.M-ın evinə gedib.

O, qadına evlənmək təklifi edib. Lakin qadın bu təklifi qəbul etməyib. T. Zeynalov qadını zorlayıb və gecəni qadının evində keçirib.

Qadın başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!