Rayonlara qar yağdı – “Qış yenidən qayıdıb”

2019-04-20 10:08:50 / 11700 dəfə oxunub
Azərbaycanın bəzi rayonlarına qar yağıb.

BakuPostxəbər verir ki, aprel ayında qarın yağması insanların təəccübünə səbəb olub.

Dünən axşam saatlarından başlayaraq Yardımlı və lerik rahyonlarına, Eləcə də Qaba, Qusar ağ örpəyə bürünüb. Sosial şəbəkə istifadəçisi Faiq Əliyev Yardımlı rayonun Hamarkənd kəndindən şəkil paylaşaraq, bildirib ki, qarın hündürlüyü dağlarda 3-4 sm-dir.

Rejissor Eltən Qədimbəyli isə Quba rayonundan şəkil paylaşaraq, qışın yenidən qayıtdığını bildirib.
Maraqlıdır ki, dağlıq ərazilərlə yanaşı aran bölgəsinə qar yağıb.

İki gün davam edən aramsız yağışlardan sonra bu gün səhər saatlarından Göyçaya qar yağmağa başlayıb. Temperatur kəskin aşağı düşüb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!