FHN Penitensiar Xidmətlə birgə nəzəri məşq keçirib

2019-04-20 17:14:07 / 4690 dəfə oxunub
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş idarəsi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında razılaşdırılmış mülki müdafiə planına əsasən Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə nəzəri xəbərdarlıq və toplanış məşqi keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sabahinfo.az-a verilən məlumata görə, FHN-ninMülki müdafiə işinin təşkili idarəsinin və Qazdan-tüstüdən müdafiə vasitələri bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş məşqdə Xidmətin Baş idarəsinin Mülki müdafiə qərərgahı və Mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.

Məşqdə fərdi tənəffüs avadanlığının istifadə qaydaları və texniki xüsusiyyətləri barədə məlumat verilib, hadisələr zamanı mülki müdafiə qüvvələrinin vəzifələri və hərəkət ardıcıllığı izah edilib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!