UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı

2019-04-22 12:44:16 / 3643 dəfə oxunub

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.

UNEC-dən Sabahinfo.az-a verilən məlumata görə, konfransın mövzusu "Azərbaycan. Lider. Tərəqqi”dir. Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir.

TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı "Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər.

TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küç., 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq.

Konfransda iştirak haqqı 15 AZN-dir. Ödənişlərasanpay.azportalında "Təhsil ödənişləri” - "Azərbaycan Dövlət İqtisad Universiteti” bölməsini seçməklə online həyata keçirilir.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!