Mirşahinin kanalına ümumrespublika lisenziyası verildi

2019-04-23 16:33:28 / 1743 dəfə oxunub
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-nın şöbə müdiri Nemət Cavadovun ONA-ya verdiyi məlumata görə, iclasda ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) elan etdiyi müsabiqədə iştirak etmiş "Real Təhlil İnformasiya Mərkəzi” MMC (Real TV), "TV-Media Azerbaijan” MMC və "RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

O qeyd edib ki, müvafiq qanunvericiliyi rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11 martdan 11 aprelədək elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!