Özünü çaya atan qadının meyiti sudan çıxarıldı

2019-04-25 10:38:57 / 8794 dəfə oxunub
Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.

Sabahinfo.az-ın ONA-ya istinadən məlumatına görə, axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

İntihar edən qadının axtarışları ötən gün və bu gün davam etdirilib.

Bu gün səhər saatlarında A.Dadaşovanın meyiti sudan çıxarılaraq Salyan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!