“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”

2019-04-26 12:50:43 / 5402 dəfə oxunub

İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.

ONA-nın xəbərinə görə, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib: "Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək.İşlər "Manqal”, "Sehrli təndir” restoranlarını əhatə edir. Həmin restoranların köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb”.
R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır: "Müxalif qüvvələrin hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindetin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələrbu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək.Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin. Bu fotoları birinci təqdim edən insan hüquqşünasdır, mən özüm də hüquqşünasam. Ona üzümü tutub demək istəyirdim ki, İçərişəhər haqqında sənədləri oxusun, görsün ki, İçərişəhər harada başlayır, harada bitir. O, təkliflər vermək istəyəndə, bizi savadsız göstərmək istəyəndə özü dediyi məlumatları əsaslandırmalıdır”.

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir: "İdarə təzə yaradılan zamanı biz qərara almışdıq ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək. 1954-cü ildə burada guya restavrasiya işləri aparılıb. Erməni memar tərəfindən həmin bürc ləğv edilib. Ləğv edilən bürc 2011-ci ildə bərpa edilib. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bir il ərzində tikildi. Həmin şəkil 2012-ci ildə tikilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar.Bəlkə də xarici turistlər İçərişəhəri yerli sakinlərdən daha çox ziyarət edir.Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar”.

R.Qasımov əlavə edib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub: "Obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub.Yeni dizaynda onlar daha keyfiyyətli şəkildə vətəndaşların xidmətinə veriləcək.Mən hesab edirəm ki, restoranlar orada normal fəaliyyəti göstərirsə, onların ləğv edilməsi məqsədəuyğun deyil. Bu, nə dövlətin, nə də idarənin məqsədidir. Oradakı beton platforma heç bir halda qalaya zərər vermir. Biz bu quraşdırma işləri zamanı mütəxəssislərin fikirlərini öyrənmişik. Əgər gələcəkdə nəsə təhlükə olsa, biz yenidən mütəxəssisləri dəvət edəcəyik. Hazırkı konstruksiyalar bütövlükdə Qalanın görünüşünü də qoruyur”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!