QMİ sədri İmamzadə kompleksinin qorunmasında Zərifə Əliyevanın xidmətlərini açıqlayıb

2019-04-29 11:27:58 / 1776 dəfə oxunub

Sovetlər dövründə Gəncə İmamzadən kompleksinin qorunmasında Zərifə Əliyevanın böyük rolu olub.

Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, Gəncədən bir dəstə kommunist məktub yazmışdı ki, nə qədər ki, İmamzadə Gəncədə var, biz kommunizm təbliğatını effektli apara bilməyəcəyik: "Məni də Hökumət Evinə, Siyasi Büronun iclasına çağırılmışdım. Qərar verildi ki, İmamzadə təmir adı altında dağlansın, sonra yavaş-yavaş məhv edilsin. İclasda dedilər ki, bu məxfi qərardır, heç kim bilməməlidir. Evə gəlib ağladım. Zərifə Əliyeva həmişə Validə adlı birini göndərirdi, "Yasin” oxutdururdu. Validə də Gəncədən idi. Mən dərdimi ona dedim. Dedim ki, bir xahişimi Zərifə xanıma çatdırın. Zərifə xanıma çatdırın, Heydər Əliyevə desin, bu məsələdə kömək etsin. 15 gün keçdi. Gecələr qorxudan yata bilmirdim ki, birdən gəlib məni də apararlar. 15 gündən sonra Validə xanım gəldi, dedi ki, Zərifə xanıma dedim. Bundan sonra İmamzadəni təmir etdilər, yenə istifadəyə verildi”.

QMİ sədrinin fikrincə, əsas odur ki, insan öz sifətini itirməsin, Allaha inansın: "Zərifə xanımın ad günü olduğu üçün onu yada salıram. Allah ona rəhmət eləsin!"(ona)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!